İcarəyə verilir 3 otaqlı yeni tikili 114.5 m², Dərnəgül m.
WEST TOWN YAŞAYIŞ KOMPLEKSİNDƏ 3 OTAQLI, TAM ƏŞYALI MƏNZİL
Mənzil Elit Ticarət Mərkəzi ilə üzbəüz, Dərnəgül metrostansiyasına yaxın ərazidə yerləşir. Metroya piyada, gələcəkdə isə nəqliyyat vasitəsilə rahat gediş-gəliş imkanı nəzərdə tutulur.
Kompleksin ərazisində marketlər, uşaq oyun meydançaları, fitness zalı və Landau School fəaliyyət göstərir.
Mənzil haqqında:
Otaqların sayı: 3
Ümumi sahə: 114,50 kv.m
Təmir: yüksək keyfiyyətli, əla vəziyyətdə
Sanitar qovşaq: 2 ədəd
İstilik sistemi: kombi
Kommunal xidmətlər: qaz, su və işıq daimidir
Mətbəx daxil olmaqla bütün otaqlarda kondisioner quraşdırılıb. Mənzil yeni mebel, məişət texnikası və bütün mövcud əşyaları ilə birlikdə təqdim olunur. Mənzildə cəmi 5 ay yaşayış olub, mebel və texnika yenidir.